Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Azərbaycanda benzin və işıq bahalaşacaq

Hökumət benzin və elektrik enerjisinin qiymətini artırmağa hazırlaşır. Tarif Şurasının yeni qiymətlərlə bağlı qərarı ilin ikinci yarısında elan ediləcək. Bu barədə istiqlal.az-a hökumətdəki mənbələrdən məlumat daxil olub.

"Hazırda Aİ-95 benzinin pərakəndə satış qiyməti 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiyməti 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpikdir. 1 kilovat elektrik enerjisinin qiyməti isə 6 qəpikdir. Qiymətlərin 15-20 faiz artımı planlaşdırılır". deyə mənbə vurğulayıb.

İqtisadçı-ekspert Məhəmməd Talıblı benzin və elektrik enerjisinin qiymətinin artmasını real sayıb: "Tənzimlənən qiymətlərdə artımlar ola bilər. İri dövlət şirkətləri (təbii inhisarçılar-, ARDNŞ, Azərsu, AZAL, Metropoliten,Azərişıq və s.) bazarda qiymətlərin artmasını və büdcə gəlirlərinin azalmasını əsas götürərək özünün satdığı mal və xidmətlərin qiymətlərinin artımına gedə bilər. Yəni, əhaliyə göstərdikləri xidmət haqlarının qiymətlərində yüksəlişlərin olacağı az istisna olunmur. Belə bir artım isə vətəndaşların kommunal xərclərinin artmasına və ev təsərrüfatlarının durumunun da daha da ağırlaşmasına əlavə təkan verəcək. Dövlət inhisarında olan xidmətlərin bəzilərinin sərbəst qiymət qoyması üçün həmin qurumların Tarif Şurasına(“Tənzimlənən Qiymətlər Haqqında” qanun) müraciət etmədən baş verməsi ilə bağlı son dəyişiklikdə həmin prosesə hazırlığın əsas əlaməti hesab olunmalıdır".
769 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı