Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

BMT: “Bir ildə Donbasda 6 mindən çox adam həlak olub”

Yüzlərlə insan itkin düşmüş sayılır, yüzlərlə cəsəd hələ tanınmayıb

Birləşmiş Millətlər Təşkilatı bildirib ki, Ukraynanın güney-şərqində 2014-cü ilin aprelindən bəri münaqişə nəticəsndə 6116 nəfər öldürülüb, 15 474 nəfər yaralanıb.

BMT-nin insan hüquqları üzrə idarəsinin mətbuat katibi Ravina Şamdasani bunların təxmini məlumat olduğunu qeyd edib. Real rəqəmlər isə xeyli yüksək ola bilər, çünki yüzlərlə insan itkin düşmüş sayılır, yüzlərlə cəsəd isə hələ tanınmayıb. BMT təmsilçisi deyib ki, toqquşma həm münaqişə zonasında, həm də bütün ölkədə ukraynalıların gündəlik həyatına təsir edir.
808 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:56