Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Bakıda qaynana yeznəsini bıçaqladı

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Report-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat verilib.

Məlumatda bildirilib ki, Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində, aprelin 15-də saat 23:50 radələrində, Biləcəri qəsəbəsi ərazisində Bakı şəhər sakini İlham Abbasova bıçaq xəsarəti yetirməkdə şübhəli bilinən 1976-cı il təvəllüdlü Yelena Aleksandrovna Bobrova tutulub.

Məlumata görə, bıçaqlanan şəxs Y.Babrovanın bacısının həyat yoldaşıdır. Hadisə günü qohumlar Y.Babrovanın ad gününü qeyd ediblər. İçki məclisindən sonra İ.Abbasov mənzildə siqaret çəkməyə başlayıb. Bu isə ev sahibi Y.Babrovanın xoşuna gəlməyib. Onlar mübahisə ediblər. Mübahisə zamanı İ.Abbasov siqareti Y.Babrovanın alnında söndürüb. Qadın isə mətbəx bıçağı ilə İ.Abbasovu bıçaqlayıb.
752 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22