Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

HƏMAS: “İsrailliləri qaçırın, yoxsa…”

“Bütün israillilər bizim açıq hədəfimizdədir. Sizdən xilas olana və qəhrəmanlarımızı azad edənə qədər döyüşəcəyik”.

Bu açıqlama ilə HƏMAS rəsmisi Xəlil Əl Həya çıxış edib. O, fələstinli əsirləri geri almaq üçün İsrail əsgərlərinin qaçırılacağını bildirib:

“Bütün israillilər bizim açıq hədəfimizdədir. Sizdən xilas olana və qəhrəmanlarımızı azad edənə qədər döyüşəcəyik. Kişilərimiz, qadınlarımız və uşaqlarımız əsgərlərinizi və torpağımızda məskən salmış israilliləri ələ keçirmək üçün pusquda durublar. Bu bizim haqqımızdır, çünki qəhrəmanlarımızı xilas etmək üçün başqa yolumuz qalmayıb. Bu situasiyanın günahkarı İsraildir”.

Xatırladaq ki, İsrail 2011-ci ildə HƏMAS-ın əsir götürdüyü əsgər Gilad Şalit qarşılığında 1000 fələstinli məhkum azad etmişdi.

Qeyd edək ki, İsrail həbsxanalarında 6 minə yaxın fələstinli saxlanılır./axar/
679 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber