Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

WhatsApp-dan daha bir sürpriz

Dünyanın ən populyar mesajlaşma platforması olan WhatsApp daha bir yeniliyə imza atıb.

Hər keçən gün böyüməyə və inkişaf etməyə davam edən mesajlaşma proqramı indi "Windows Phone" platforması üçün yeni xidmət üzərinə işləyir.

"Android" platforması üçün səsli zəng xidmətini işə salan WhatsApp artıq "Windows Phone" istifadəçiləri üçün də bu funksiyanı təqdim edəcək.

Mətbuata sızan görüntülərdən "Windows Phone" platforması üçün yeni zəngli səs xüsusiyyətinin hazırlandığı məlum olub.

Qeyd edək ki, WhatsApp istifadəçilərinin sayını artırmaq üçün yeniliklər etməkdə davam edir. WhatsApp-ın qurucusu Jan Koum Facebook səhifəsindən mesajlaşma proqramının 800 milyon aylıq aktiv istifadəçi olduğunu açıqlayıb.
895 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi