Şrift ölçüsü:
A+
A
A-
Kr
18 Aprel 2015

Səd əl-Həriri Seyid Həsən Nəsrullahın çıxışından qəzəblənib

Nur-az.com shia-news.com-a istinadən:
Dünən cümə günü Hizbullahın Baş Katibi Seyid Həsən Nəsrullah Livanın Zahiyə məntəqəsində böyük kütlə qarşısındakı çıxışında Ərəbistanın Yəmənin dinc əhalisi və ərazilərinə təcavüzündə Amerika ilə əlbir olduğunu ifşa edərək onların məğlubiyyətlə üzləşəcəyini qeyd edib.

Bu çıxış və bəyanatdan bərk qəzəblənən Səd əl-Həriri Ərəbistanın sionistlərə bənzər Yəmənin dinc əhalisinə qarşı amansızlıqlarını müdafiə edərək bir daha Müqavimət cəbhəsində duran İran və Hizbullahı şiddətlə tənqid etməklə onlara öz xəbərdarlığını bildirib. Onun Müqavimət cəbhəsinə qarşı belə sərt mövqeyi daim maliyyələşdiyi Ərəbistan kimi müttəfiqini itirəcəyindən irəli gəlir. Odur ki, Seyid Həsən Nəsrullaha xitabına belə xitam verib: “Niyə sözlərinizdə bu qədər dəlisovluq edirsiniz? Bilməlisiniz ki, (bu təcavüz yox,) məntəqədən qalxan qəti tufandır!”

Maraqlıdır, sionizmin yetmiş ilə yaxın bir müddətdə regionda hegemonluğu və Fələstin, Livan və digər ərəb ölkələrinə qarşı amansızlıqlarına bir dəfə də olsun təəssüf və təəssüb hissi keçirməyən, hətta onlarla əlbir olmaqdan belə çəkinməyən Ərəbistan isə Yəmənin dinc əhalisinə təcavüzünü böyük hiddətlə “Qəti Tufan” adlandırıb.
828 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı