Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

İran prezidenti Türkiyənin xarici işlər nazirini qəbul edib

İran prezidenti Həsən Ruhani Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunu qəbul edib. Apa-nın İRİB-ə istinadən verdiyi məlumata görə, görüşdə ikitərəfli əlaqələr və regional məsələlər əsas müzakirə mövzusu olub.

H.Ruhani bildirib ki, Cenevrə razılaşması İranın digər ölkələrlə əlaqələrinin genişləndirilməsi yolundakı maneələri aradan qaldırıb: “İranla Türkiyə arasında da iqtisadi münasibətlərin genişləndirilməsi vacibdir. İki ölkə arasındakı ticarət mübadiləsinin həcmi 2014-cü ildə məqbul səviyyəyə çatmalıdır”.

İran prezidenti həmçinin regional məsələlərə toxunub: “Terrorizm və ifratçılığa qarşı mübarizə, region ölkələri arasında ərazi bütövlüyü və həmrəyliyin, sabitlik və təhlükəsizliyin qorunması İran-Türkiyə əməkdaşlığı tələb edir”.

Əhməd Davudoğlu isə Cenevrə razılaşmasını tarixi hadisə adlandıraraq, bunun İranın dünyada bütün ölkələr, o cümlədən qonşu ölkələrlə münasibətlərinin gücləndirilməsinə gətirib çıxaracağını deyib. Onun sözlərinə görə, ötən 10 ildə göstərilən təzyiqlər və qoyulan sanksiyalara baxmayaraq, iki ölkənin münasibətləri yüksək səviyyəyə çatıb: “Türkiyə İranla bütün sahələrdə əlaqələrini genişləndirməyə hazırdır. Eyni zamanda regional problemlərin həlli, İranın Suriya böhranının nizamlanması məqsədilə Cenevrədə keçirilməsi planlaşdırılan konfransda iştirakı İran-Türkiyə əməkdaşlığının genişləndirilməsi üçün vacibdir”.
1724 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:31