Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2015

ABŞ İŞİD terror qruplaşmasını silah, pul və ərzaqla təmin edir

Bu barədə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Həsən Firuzabadi bildirib.

“Bizim əldə etdiyimiz məlumatlara görə, ABŞ təyyarələri İŞİD-in nəzarətində olan aeroportlarda eniş və uçuşlar həyata keçirir. ABŞ terror qruplaşmasına silah, pul və ərzaq tədarük edir, sonra isə üzr istəyəcək ki, bu guya, səhvən baş verib. Amerikalılar sözdə İŞİD-ə qarşı çıxmaq istədiklərini bildirirlər, əslində isə onlar müşahidə və kəşfiyyat aparır”, deyə general qeyd edib.

Onun sözlərinə görə, artıq tezliklə ABŞ və Avropanı amansız terror dalğası bürüyəcək.

“Biz ABŞ və Britaniya hökumətlərinin, heç olmasa, öz xalqlarının xatirinə İŞİD-lə mübarizə aparacağına ümid edirik”, deyə İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi vurğulayıb.
907 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:18