Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

“Haqqımı alanadək mübarizəmə davam edəcəyəm”

Aslan İsmayılov: “Haqqımı alanadək mübarizəmə davam edəcəyəm”

Bakı Apelyasiya Məhkəməsində hakim Azad Imanovun sədrliyilə vəkil Aslan Ismayılovun Nərimanov rayon məhkəməsinin qərarından verdiyi şikayətə baxılıb. Sözügedən qərar Vəkillər Kollegiyasının Rəyasət Heyətinin Aslan İsmayılovun kollegiya üzvlüyündən çıxarılmasına dair iddiası əsasında verilib. Məhkəmə Aslan Ismayılovun apellyasiya şikayətinin təmin olunmaması haqda qərarı elan edib. Aslan Ismayılovun Vəkillər Kollegiyasının üzvlüyündən çıxarılmasına dair Nərimanov Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.
Bu proseslərdə həmkarlarından dəstək görmədiyini bildirən vəkil Aslan İsmayılov “Deyerler.org”a bildirib ki, öz problemini özü həll etməyə öyrəşib: “Mən haqqımı alanadək mübarizəmə davam edəcəyəm. Azərbaycan Ali Məhkəməsi, Strasburq məhkəməsi var. Mən yolumdan dönən deyiləm. Birmənalı surətdə aydın məsələdir ki, mənim taleyim məhkəmələrdə həll olunmur. Mənim məsələm Prezident Aparatında, ən azı Ramiz Mehdiyev səviyyəsində həll olunur.
Mənim həmkarlarımdan bu işdə mənə dəstək verən heç kəs yoxdur. Ən azı məhkəmədə onlardan heç kəsi görmədim. Hər kəsin problemi olubsa, mən dəvət gözləmədən o şəxsin yanında olmuşam. Mən öz problemimi özüm həll etməyə öyrənmişəm. Kiməsə də müraciət etmək fikrim yoxdur”.
1863 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 12:01<