Şrift ölçüsü:
A+
A
A-
Kr
19 Aprel 2015

4 günlük əkiz qızlar öldürüldü - Həkim terroru

Respublika Perinatal Mərkəzində yeni dünyaya gəlmiş dörd günlük əkizlərdən birinin həkim səhlənkarlığı üzündən ölməsi barədə məlumat vermişdik. Əkizlərdən daha sağlam olan digər körpə də dünən ölüb.

Bu barədə körpələrin atası Araz Hüseynov özü məlumat verib. Belə ki, aprel ayının 13-də təbii doğuşla olduqca sağlam dünyaya gələn əkiz körpələrin ikisi də xəstəxanada ölüb.

Doğumlarından 4 gün ərzində olduqca normal olan körpələrdən birinin göyərdiyi üçün öldüyü bildirilib. Lakin körpənin göyərmə səbəbilə bağlı valideynlərə bir söz deyilməyib. Ana göyərdiyi deyilən körpəsini görmək istəsə də, onu palataya buraxmayıblar.

Körpələrin atası əkizlərdən biri öldükdən sonra bununla əlaqədar saytımıza müraciət etdiyi üçün xəstəxananın uşaq həkimi Aygün xanım tərəfindən təhdid edilmişdi. Həkim ataya bu barədə harasa şikayət edəcəyi təqdirdə digər uşağın da aqibətinin eyni olacağını demişdi. Həkim bildirmişdi ki:

“Bu barədə harasa şikayət etməzdən əvvəl nəzərə al ki, sənin digər uşağın da hələ bizim əlimizdədir”.

Atanın verdiyi məlumata görə, dünən gecə əkizlərdən nisbətən daha sağlam olanı da ölüb. Məsələnin maraqlı tərəfi isə ondan ibarətdir ki, ekspertiza uşağın nəfəs çatışmazlığından öldüyünü bildirdiyi halda, həkimlər körpəyə ana südündən infeksiya keçdiyini deyiblər.

Növbəti həkim savadsızlığının və səhlənkarlığının qurbanı olan, çəkiləri 1 kq 400 və 1 kq 600 qram olan körpələrin ölümü ilə bağlı nə sözügedən xəstəxana, nə də Səhiyyə Nazirliyi hələlik bir açıqlama verməyib. Həkimin valideynlərə hədə-qorxu gəlməsi ilə bağlı da nazirlikdən açıqlama almaq da mümkün deyil.

Qeyd edək ki, ana və uşaq ölümü Respublika Perinatal Mərkəzində ilk belə hal deyil. Sözügedən xəstəxanada dəfələrlə bu cür uşaq və ana ölümü qeydə alınıb./axar/
856 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber