Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

İstanbulda MHP-nin qərargahı atəşə tutulub

İstanbul şəhərinin Sarıyer rayonunda yerləşən Milliyətçi Hərəkət Partiyasının (MHP) şöbəsi naməlum şəxs tərəfindən atəşə tutulub. "Report" Milliyet qəzetinə istinadən verdiyi xəbərə görə, hadisə yerinin yaxınlığında olan polis əməkdaşı silahlı şəxsə cavab atəşi açsa da o qaçmağa müvəffəq olub. Atışma nəticəsində zərərçəkən olmayıb.

MHP-nin İstanbul vilayəti üzrə rəhbəri Bülənt Karataş bəyan edib ki, silahlı insident sabotaj xarakteri daşıyır: "İyun ayında keçiriləcək parlament seçkiləri ərəfəsində müəyyən qüvvələr ölkədə stabilliyi pozmaq istəyir. Türkiyədə xaos yaradmaq istəyirlər və bu səbəbdən də müxalifəti hədəf alıblar. Ancaq heç kim bizi qeyri demokratik addımlar atmağa məcbur edə bilməyəcək".
834 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber