Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Səudiyyə Yəmənin "əl-Qaidə"nin əlinə keçməsini istəyir – Husi lideri

“Səudiyyə Ərəbistanının Yəmənə təcavüzündən daha çox İsrail bəhrələnir."

İnterAz-ın "al-Masira" telekanalına istinadla verdiyi xəbərə görə, bunu Yəməndə husi inqilabçılarının lideri Əbdül-Məlik Husi deyib.

O, Səudiyyə Ərəbistanının Yəmənə təcavüzünün 24-cü günündə çıxışı zamanı bildirib ki, Səudiyyə Ərəbistanının hücumuna əslində ABŞ başçılıq edir və bu ölkə ABŞ-ın əsgəri hesab edilir. Onun sözlərinə görə, Səudiyyə Ərəbistanının əsas məqsədi onunla həmfikir olan "əl-Qaidə"nin Yəmənə nəzarət etməsidir.

Husi lideri Səudiyyə Ərəbistanı tərəfindən Yəməndə məktəb, məscid, yaşayış massivləri, iqtisadi və hərbi infrastrukturun dağıdıldığını deyib.

O, yəmənliləri səbirli və iradəli olmağa çağırıb: “Yəmən xalqı düşmənin təcavüzləi qarşısında təslim olmayacaq və döyüş prinsiplərinə əsasən, hər bir hərbi təchizat qarşısında özlərini müdafiə etməyə haqları çatır.”
755 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı