Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

2,7 milyon dolları oğurlanan Zaur Qədimov danışdı

Moskvadakı dəhşətli soyğunun yeni təfərrüatları bəlli oldu

Keçən gün - noyabrın 27-də səhər tezdən Moskvanın “Şeremetyevo” aeroportunda avtomatla silahlanmış maskalıların hücumuna məruz qalan və 2,7 milyon dolları oğurlanan Zaur Qədimovun görüntüsü yayılıb.

Virtualaz.org saytı xəbər verir ki, dəhşətli soyğun hadisəsini təsadüfən şahidlərdən biri lentə ala bilib və çəkdiyi kadrı "Life News"a təqdim edib. Həmin kadrdan görünür ki, qara maskalı, kamufulyajlı şəxs əlindəki avtomatı yerə yıxılmış Zaur Qədimovun başına dirəyib. Kadrda maskalılardan daha biri gözə dəyir.

Moskva hüquq-mühafizə orqanlarından bildirildiyinə görə, hücum edənlər 10 nəfər olub. Onlar polis vəsiqəsi təqdim edərək və Z.Qədimovu gözləyən cangüdənləri əllərinə qandal keçirdərək mikroavtobusa mindiriblər, avtopark ərazisindən çıxarıblar və geri qayıdaraq milyonlarla dollarla gələn sərnişini gözləməyə başlayıblar.

Bu zaman maskalılardan bir neçəsi əlləri qandallanmış cangüdənlərə nəzarət edib.

Basqına məruz qalan Z.Qədimov da danışıb. O bildirib ki, aeroportun D terminalından çıxan kimi maskalıların hücumuna məruz qalıb. Z.Qədimov bildirib ki, ona hücum edən maskalılar 6 nəfər olub. Maskalılar Z.Qədimovu avtomatla hədələyərək onu tünd-göy rəngli “Sobol” mikroavtobusa mindiriblər və aeroportun ərazisindən çıxarıblar.

Z.Qədimov deyib ki, aeroportun ərazisindən çıxan kimi hücum edənlər onun əlindəki çantanı alıblar, özünü isə avtomobildən yola atıblar.

* * * 19:37

Rusiyada bu gün səhər tezdən baş vermiş və Hollivud filmlərinin süjetini xatırladan soyğunun yeni təfərrüatları məlum olub.

Virtualaz.org saytı “Moskovskiy komsomolets”ə istinadən xəbər verir ki, avtomatla silahlanmış naməlum maskalı şəxslərin hücumuna məruz qalan və içində 2,7 milyon dollar olan çantası əlindən alınan şəxs Azərbaycan vətəndaşı Zaur Qədimovdur.
1980 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...