Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

"İranın "nüvə silahı" məsələsi ABŞ-ın yaratdığı mifdir"

"Bizdən müdafiə fəaliyyətlərimizin dayandırılmasını istəyirlər, onunla yanaşı hərbi seçimlərdən danışırlar, bu əbləhsayağı bir tələbdir. Bizim müdafiə nazirliyi, ordu, "Sepah" və bütün orqanlar müdafiə, hərbi və mənəvi hazırlıqlarını artırsınlar, bu bir rəsmi göstərişdir."

İnterAz-ın "Fars" agentliyinə istinadla verdiyi xəbərə görə, bunu Ali Dini Lider Ayətullah Xamenei ölkə hərbiçiləri qarşısında çıxışı zamanı bildirib.

Ayətullah Xamenei İranda hərbi hazırlığın artırılmasının həm də Quran ayələrinə (Ənfal, 60) söykəndiyini bildirib və bunu müdafiə üçün zəruri hesab edib.

Ali Dini Lider Ayətullah Seyid Əli Xamenei Yəmənə edilən son hücumu misal çəkərək, dünyada ABŞ başda olmaqla orduların əksəriyyətinin insanlıq və mənəvi prinsiplərindən uzaq olduğunu vurğulayıb. Bununla yanaşı, Ayətullah Xamenei İranın nüvə silahına yiyələnməyə çalışması barədə şayiələrin ABŞ tərəfindən ortaya atılan mif olduğunu da vurğulayıb.
736 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
29.11.16, 08:09