Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Avstraliya və İran İŞİD-ə qarşı əməkdaşlıq barədə razılığa gəlib

Avstraliya İraqda "İslam Dövləti" (İŞİD) terror təşkilatının tərəfində vuruşan avstraliyalılar barədə kəşfiyyat məlumatları mübadiləsi üzrə İranla qeyri-rəsmi anlaşmanın bağlanıldığını elan edib.

BBC-nin verdiyi xəbərə görə, qeyri-formal anlaşma barədə Avstraliyanın xarici işlər naziri Culi Bişop İran prezidenti Həsən Ruhani ilə danışıqlar apardığı Tehrandan qayıtdıqdan sonra məlumat verib.

O deyib ki, İran hökuməti "cihadçılar"a qoşulan Avstraliya vətəndaşları barədə informasiya ötürülməyində maraqlıdır.

Əldə olan məlumatlara əsasən, Avstraliyanın 100-dən çox vətəndaşı İŞİD-in tərəfində döyüşmək üçün Suriya və İraqa gedib./SalamNews/
801 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber