Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Hərbi əlil İcra Hakimiyyətindən qovuldu

Şahin Zülfüqarov: «Laçın İcra Hakimiyyətində mənə bildirdilər ki, kirayə haqqımın ödənilməsini həyata keçirməyəcəklər və kimə istəyirəmsə şikayət edə bilərəm»

«1999-cu ildən 2005-ci ilədək Siahlı Qüvvələrdə zabit kimi xidmətdə olmuşam, hal-hazırda 2-ci qrup hərbi əliləm. Əlavə olaraq bildirmək istətirəm ki, Xidmət müddətində mənzillə təmin olunmamışam, 2 (iki) azyaşlı uşağım var, çəmi ailədə 4 (dörd) nəfərik, himayəmdə yaşlı ata və anam vardır». Bunu Laçın rayonunda məcburi köçkün, Bakı şəhər, Səbail rayonunda kirayədə yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan kapitan Şahin Zülfüqarov bildirib.

Mənzil problemi ilə bağlı dəfələrlə Laçın rayon İcra Hakimiyyətinə müraciət edən hərbi əlil onlardan Prezidentin 25 dekabr 1991-ci il tarixli 36 №li qanunun icra edilməsini istəyib. Həmin qanuna əsasən yerli İcra Hakimiyyəti orqanları hərbçilərin mənzillə təmin olunana qədər kirayə haqqının ödənilməsini həyata keçirməlidirlər. «Hər dəfə müraciət etdikdə Laçın rayon İcra Hakimiyyətinin Hüquq şöbə rəisi bu məbləğin verilməsini bildirir, lakin İcra Hakimiyyətinin maliyyə işçisi Vahid müəllim bildirir ki, sənə bu məvacib verilməməlidir. Vahid müəllim haqsızlıq edərək mən hərbi əlili incidir, öz vəzifə səlahiyyətlərindən sui istifadə edir».

Bundan sonra bir neçə dəfə də müraciət edən Şahir Zülfüqarov onun İcra Hakimiyyətində qəbul edilmədiyini və hara imkanı çatırsa şikayət etməsinin bildirildiyini qeyd edir. O vurğulayır ki, ailə üzvləri ilə çətin durumda yaşayır və bu səbəbdən də dövlət ərkanından yardım istəyir./jam/
748 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı