Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Bakıda müəllim azyaşlı şagirdini boğdu - Foto

Bu barədə zərərçəkən S.G-nin (Türkiyə vətəndaşı) valideynləri məlumat verib. Məlumata görə, hadisə aprelin 13-də olub. 

Belə ki, bir qrup şagird liseyin həyətində oynayarkən 10 yaşlı S.G-nin vurduğu top Cafer Güldal adlı müəllimə dəyib. Bundan hirslənən müəllim şagirdin boğazından yapışıb və onu yuxarı qaldırıb. Bu zaman müəllimin dırnaqları uşağın boğazına batıb (aşağıda fotoda görə bilərsiniz).

S.G. müəllimindən üzr istəsə də, bu, yetərli olmayıb. C.Güldal uşağı təhqir edərək, “bir də səni görməyim” deyib. Artıq S.G-nin valideynləri övladlarını həkimə aparıblar və nazirliyə şikayət etməyə hazırlaşırlar.

Valideynlərin sözlərinə görə, məktəbdə bu kimi hallar tez-tez yaşanır. Müəllimlər davamlı olaraq şagirdləri təhqir edir. Oğlanlara “şərəfsiz”, qızlara isə “salak” deyirlər.

Müdirə şikayət edəndə isə “bəyənmirsiz, gedin uşaqlarınızı başqa məktəbə verin” cavabı ilə qarşılaşırlar.

Təhsil Nazirliyindən isə məsələ ilə bağlı qaydalara uyğun olaraq göndərdiyimiz sorğuya qısa zamanda cavab veriləcəyi bildirildi./axar/



809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber