Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Maradona Türkiyə klubuna baş məşqçi gəlir

Almaniyada yaşayan əskişəhərli iş adamı Levent Karaca "Əskişəhərspor"un idarəçiliyinin onda olmasını arzuladığını və klubun rəhbəri olarsa, Dieqo Maradonanı Türkiyəyə gətirəcəyini açıqlayıb.
İş adamı "Əskişəhərspor"a sahib olmaq üçün klubun nə qədər borcu varsa, hamısını ödəyəcəyini bildirib.
L.Karaca deyib ki, artıq məşhur futbol adamları ilə görüşüb, Türkiyəyə gəlmələri üçün onlarla anlaşıb: "Komandanın baş məşqçisi olması üçün Maradona ilə artıq danışığımız olub və razılaşmışıq. Futbolçulardan isə Dieqo Forlan və Assu-Ekotto ilə razılıq əldə olunub. Digər futbolçuların adlarını isə qarşıdakı günlərdə açıqlayacağam".
Levent Karaca 30 ildir ki, Almaniyada yaşayır. O, inşaat işləri ilə məşğuldur./musavat/
1133 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
19.04.18, 07:29
Ucar sakini intihar edib
18.04.18, 10:12
Ucar sakini intihar edib
Go to TOP