Şrift ölçüsü:
A+
A
A-
Kr
20 Aprel 2015

Hazırda Hizbullahın raket ehtiyatı nə qədərdir?

Nur-az.com irna.ir-a istinadən:
İsrailin Müdafiə Nazirliyi Hərbi-Siyasi Strategiya rəisi Amus Qilad bildirib: “Hizbullah 2006-ci il müharibəsində ərazilərimizə 14 minə yaxın raket atmışdır ki, hal-hazırda onların raket ehtiyatının 100 minə çatdığını ehtimal veririk. Mövcud vəziyyətlə əlaqədar hər hansı qarşıdurma və ya müharibə imkanını inkar etmək olmaz. Odur ki, İsrailin əmniyyəti üçün hərbi və müdafiə potensialının mütəmadi olaraq inkişafı bir zərurətdir.”

Verilən bu bəyanat Hizbullahın hazırkı səviyyəsi ilə qətiyyən uyğun gəlmir və demək olar, çox naqis bir məlumatdır. Hizbullah 2006-cı il müharibəsindən sonra hərbi təchizat və raket istehsalında elə yüksək nailiyyətlər əldə edib ki, sionist rejimi onu təsəvvür belə edə bilməz. Sionistlərin hər hansı səhv addımı onları böyük peşmançılığa vadar edən Hizbullahın gözlənilməz möhkəm zərbəsi ilə qarşılaşacaq.

Qilad İranla Qərb arasında nüvə enerjisi ilə əlaqədar razılıqları da, İsrailə təhdid sanaraq bildirib ki, Amerika və İsrail hələlik hər hansı çıxılmaz vəziyyətdə hərbi müdaxilə imkanını rədd etmir. Rusiyanın “S 300” raket təchizatının İrana verilməsini də, müdafiə xarakterli yox, daha çox, İsrailə təhdid hesab etməliyik.
581 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 00:01