Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Hitlerin doğum gününü qeyd edən 40 gənc saxlanıldı

Rusiya paytaxtında Adolf Hitlerin doğum gününü qeyd edən bir qrup şəxs saxlanılıb.

Bu gecə polisə paytaxtın cənub-şərqində yerləşən gecə klublarının birində bir qrup gənc tərəfindən Adolf Hitlerin doğum gününün qeyd olunması barədə məlumat daxil olub.

Hadisə yerinə gələn polis 40 yaxın şəxsi saxlayıb. Saxlanılanların üzərindən travmatik silah və nasist simvolları götürülüb.

"Vətəndaşlar tərəfindən daxil olan məlumat əsasında Moskvanın cənub-şərqində yerləşən gecə klubunda Adolf Hitlerin doğum gününü qeyd edən 40 nəfərə yaxın şəxs saxlanılıb. Klubda aparılan axtarış zamanı 4 ədəd travmatik silah,10 ədəddən çox bıçaq, o cümlədən Hitlerin portreti aşkar edilib"-deyə Moskva şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin məlumatında bildirilib.

Məlumatda o da qeyd edilib ki, saxlanılan şəxslərin paytaxt ərazisində baş verən cinayətlərdə əlinin olub-olmaması araşdırılır./apa/
730 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat