Şrift ölçüsü:
A+
A
A-
Kr
07 Oktyabr 2013

"Suriyadakı kimyəvi hücum Ərəbistanın işidir"

Rusiya diplomatik mənbələri Suriyanın Şərqi Quta bölgəsində kimyəvi silahların istifadə edildiyi hücumun Səudiyyə Ərəbistanı tərəfindən təşkil edildiyini açıqlayıb. Rus diplomatik mənbələr hadisənin Səudiyyənin Suriyaya göndərilən xüsusi bir terror bölüyü tərəfindən reallaşdırıldığını bildiriblər, - İRİB.

Əl-Aləm televiziyasının bildirdiyinə görə, Russia Today televiziyası sözügedən diplomatik rus mənbələrinə əsaslanaraq, İordaniya yoluyla Suriyaya daxil olan bir Səudiyyə Ərəbistanı xüsusi təyinatlı bölüyünün Liva'el terror qrupu içində hərəkət edərək kimyəvi silah cinayətini həyata keçirdiyini bildirib.

Digər tərəfdən başqa bir mənbə də 21 avqust 2013-cü il tarixində törədilən hadisələrin Suriya cəmiyyətini daha da gərdiyini bildirir. Rus səlahiyyətlilər dəfələrlə lazımlı məlumat və sənədləri açıqlayaraq "21 Avqust" kimyəvi hücumunun Suriyadakı müxalif silahlı qruplar tərəfindən törədildiyini bəyan ediblər./Deyerler
1809 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
18.01.17, 12:02
15 günə 19 intihar
18.01.17, 09:18
AP-nin yeni sədri seçildi
16.01.17, 22:26
CHP son yola əl atır