Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Yəməndə 30 şəhid, 300-dən çox yaralı

Vəhabi Səudiyyə Ərəbistanının Yəmənin Fəcc Əttan bölgəsinə endirdiyi zərbədə ölü sayı 30-u keçib, 300-dən çox yaralı var

Ötən gün Səudiyyə Ərəbistanının qırıcıları Yəmənin paytaxtı Sananın ətrafında yerləşən Fəcc Əttan qəsəbəsində hökumət ordusunun bir bazasını vurub.

SalamNews-un "Al Maseera"ya istinadla verdiyi xəbərə görə, burada ölənlərin sayı 30-u keçib, yaralananların sayı isə 300-dən artıqdır.

Mərib əyalətində iki bölgənin "əl-Qaidə" terrorçularından təmizləndiyi bildirilir.

"Al Mayadeen" televiziya kanalının məlumatına əsasən, Səudiyyə Ərəbistanı qüvvələri dünənki hava zərbələrində qazlı və fosfor bombalarından istifadə edib.

İranın Xarici İşlər Naziriliyi isə ölkənin Yəmən paytaxtındakı səfirliyinin raketlə hədəfə alındığını, lakin ölənin olmadığını bildirib

"SkyNews"un məlumatında deyilir ki, hava zərbələri nəticəsində husilər və onların tərəfdarları Ədən və Təiz əyalətlərinə doğru nisbətən geriləyiblər.

Yeri gəlmişkən, Səudiyyə Ərəbistanı kralı vəhabi Salman bin Əbdüləziz əl-Səud ötən gün Rusiya prezidenti Vladimir Putinlə telefon bağlantısı yaradıb.

Tərəflər söhbət zamanı Yəmən məsələsini müzakirə ediblər.
627 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı