Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Suriya ordusu İordaniyadan gələn terror dəhlizlərini tutub

Suriya ordusu ötən gün Dəra əyalətinin şərqində beş kənd və qəsəbəni işğaldan azad etməklə İordaniya sərhədlərindən Dəra və Dəməşq istiqamətdə mövqe tutan qruplaşmaların silah dəhlizlərinin tutub.

İnterAz-ın "al-Mayadeen"-ə istinadla verdiyi xəbərə görə, ordu bu nailiyyəti ilə Suriya səhrasında ölkənin mərkəzinə doğru terrorçu qrupların nüfuz etməsinin qarşısını ala biləcək. Suriya ordusu bundan əlavə Dəra-Suveyda yolunun təhlükəsizliyinin təmin edilməsində də uğurlu hərbi əməliyyat həyata keçirib.

Məlumata görə, ordu bölgədə yerləşən strateji “Busra əl-Hərir” bölgəsini də mühasirəyə alıb.

Suriya İnsan Hüquqları Müşahidə Qrupu bildirib ki, dövlət ordusu ötən gün “Busra əl-Hərir”də 22 əsgər və 5 tankını itirib. Məlumata görə, "əl-Qaidə"nin Suriya qolu “ən-Nusra cəbhəsi” bölgəyə əlavə qüvvələr göndərdikdən sonra ordunun rayonu ələ keçirməsi baş tutmayıb.
585 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 11:10