Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Ruhani: "Bu beynəlxalq qaydalara ziddir"

"Yəmənin daxili işlərinə qarışmaq beynəlxalq qaydalara ziddir".

Bunu İran prezidenti Həsən Ruhani Cakartada keçirilən Asiya-Afrika ölkələri başçılarının zirvə toplantısına qatılmaq üçün İndoneziyaya səfərindən əvvəl Tehranın Merhabad hava limanında jurnalistlərə açıqlamasında deyib. Ruhani Səudiyyə Ərəbistanının Yəməndə həyata keçirdiyi hərbi əməliyyatlardan danışarkən, İranın mövqeyini bir daha vurğulayıb.

"Ümid edirəm ki, Cakarta iclasında bizim bölgədə gedən proseslər, o cümlədən Yəmən məsələsi barədə faydalı müzakirələrimiz olacaq. Təəssüf ki, bu gün bölgədə bəzi məsuliyyətsiz ölkələrin digər ölkələrin, o cümlədən Yəmənin daxili işlərinə müdaxiləsinin şahidi oluruq. Bu müdaxilə İslam hökmlərinə uyğun olmamaqla yanaşı, beynəlxalq qaydalara da ziddir. Hesab edirik ki, Yəmənə hərbi müdaxilə problemin həlli yolu deyil və hazırkı böhranı Yəmən xalqının özü atəşkəs və danışıqlar yolu ilə həll etməlidir." - Ruhani belə deyib.
667 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 11:16
Bakıda bütün banklar