Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Nemət Pənahlının kamerası dəyişdirilib

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının saxlandığı kameranı dəyişiblər. Bu barədə məhbusun həyat yoldaşı Həcər Pənahlı məlumat verib.

O bildirib ki, Nemət Pənahlı kameranı öz istəyi ilə dəyişməyib: “Həbsxananın birinci mərtəbəsində təmir işləri gedir. Bütün dustaqları üçüncü mərtəbəyə qaldırıblar. O, indi üç nəfərlik kamerada saxlanılır. Saxlanma şəraitindən ciddi bir narazılığı yoxdur. Dediyinə görə, otağı əvvəlkindən rahatdır. Amma yazmaq və mütaliə üçün bir adamlıq kamerada qalmaq istəyir.

Həftədə iki dəfə Nemətlə telefon əlaqəsi saxlayıram. Şəkər xəstəliyindən əziyyət çəkir, səhhəti həmişəki kimidir.

Nemət həbs olunandan indiyə qədər dəfələrlə əfv sərəncamı imzalanıb. Hüquq müdafiəçiləri hər dəfə onun adını əfv siyahısına salıb. Amma nədənsə, əfv sərəncamı Nemətə şamil olunmur. İstəsəydilər, bu vaxta qədər buraxardılar. Görünür, belə fikirləri yoxdur”.

6 övlad atası olan Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.

Nemət Pənahlı 1988-ci ildə başlayan milli azadlıq hərəkatının öncül simalarından, Azərbaycan Xalq Cəbhəsinin qurucularından olub./modern/
640 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 10:02
İranda 134 yaşlı u