Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Tələbələrə zorla YAP forması geyindirən universitet...

Bu gün musavat.com-un redaksiyasına maraqlı bir hadisə haqqında məlumat daxil olub.

Məlumatda deyilir ki, Azərbaycan Dillər Universitetinin tələbələrinə zorla Yeni Azərbaycan Partiyasının köynəklərini geyindirərək, onları avtobusla Bayraq Meydanına aparıblar.

Orada onlara flashmob keçiriləcəyini deyiblər. Tələbələrin öncədən bu haqda heç bir məlumatları olmayıb. Adi günlərdə olduğu universitetə təhsil almağa gəliblər, amma onları flashmoba aparıblar.

Tələbələrin razılığı olmasa da, bunu etməyə məcbur qalıblar. Çünki əvvəllər də eyni universitetin rəhbərliyi Avropa Oyunları zamanı könüllü olmaq üçün tələbələri zorla qeydiyyatdan keçirib. Və etiraz edənləri də "Yaxşı fikirləşin, imtahanları nəzərə alın" deyərək, hədələyib.

Universitet rəhbərliyi üçün tələbələr artıq bir piar vasitəsinə çevrilib. Kimlərəsə yarınmaq üçün tələbələrdən istifadə edən universitet rəhbərliyinin hərəkətləri yəqin ki, Təhsil Nazirliyinin gözündən yayınıb.

Əksi təqdirdə, təhsil almağa gələn tələbələr başqa məqsədlər üçün istifadə edilməzdilər./jam/
621 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
30.11.16, 08:26
<