Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

İŞİD İraqda minlərlə qadını qaçırıb

İŞİD terror təşkilatı ötən ilin iyun ayından İraqda 3 min qadını qaçırıb.

Anadolu informasiya agentliyi xəbər verir ki, bu barədə İraq parlamentinin qadın, ailə və uşaq komissiyasının başçısı Rihab əl-Ubude bildirib.

“Əldə etdiyimiz məlumatlara görə, İŞİD ilin iyun ayından İraqda 3 min qadını qaçırıb. Bu qadınların əksəriyyəti Mosul ilə ölkənin şərq və qərbində geniş bölgələrin İŞİD tərəfindən ələ keçirilməsindən sonra qaçırılıb”, - komissiya sədri deyib.

O, sərbəst qalan qadınların sayı barədə dəqiq məlumatların olmadığını qeyd edib. Ubude bu müddətdə yüzlərlə uşağın da qaçırıldığını vurğulayıb.
737 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber