Şrift ölçüsü:
A+
A
A-
Kr
21 Aprel 2015

Vəkillər İntiqam Əliyevə bəraət istədi

Aprelin 21-də Bakı Ağır Cinayətlər Məhkəməsində Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyevə qarşı məhkəmənin növbəti prosesi keçirilib. Prosesdə İntiqam Əliyevin vəkilləri müdafiə çıxışı ediblər.

Onlar İntiqam Əliyevə qarşı ittihamların əssasız olduğunu dəlillərlə sübut edib, bu ittihamların məhkəmə araşdırması zamanı təsdiqini tapmadığını bildirərək, ona bəraət verilməsini istəyiblər.

Vəkil Cavad Cavadov “İş materialları içərisində bir həkim rəyi də var – İntiqam müəllimə həyat tərzini dəyişmək tövsiyə olunur. İntiqam müəllim həkim məsləhətinə baxmayaraq, həyat tərzini dəyişmədi. Görünür, prokurorluq İntiqam müəllimin “qayğısına qalıb” və ona həyat tərzini məcburən dəyişdirtdirib”, - deyə ironik münasibət bildirib.


Vəkil Fəxrəddin Mehdiyev isə məhkəməni hökm çıxararkən hər kəsin bir gün Allah qarşısında cavab verəcəyini nəzərə almağa çağırıb.

Proses aprelin 22-i, saat 14:00-dan davam edəcək. Prosesdə İntiqam Əliyev son söz deyəcək.
676 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:25