Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Həyat yoldaşı Nemət Pənahlı ilə görüşüb

Qobustan həbsxanasında cəza çəkən siyasətçi Nemət Pənahlının həyat yoldaşı Həcər Pənahlı “Media forum” saytına açıqlama verib. Həcər Pənahlı noyabrın 23-də əri ilə görüşdüyünü bildirib: ”Nemət şəkərdən və böyrəklərində ağrılardan əziyyət çəkir. Saxlanma şəraiti ağırdır, gəzintiyə saatla çıxır. Apardığımız yeməkləri götürmədilər. Heç demə, həbsxanada yemək götürmək vaxtı ilə görüş vaxtı ayrı imiş. İki ayda bir dəfə yemək götürmək, üç ayda bir dəfə də görüş vaxtıdır. Ora nə aparmışdıq geri qaytardıq”.

Nemət Pənahlı 2011-ci il yanvarın 8-də tutulub, xuliqanlıq və qəsdən sağlamlığa az ağır zərər vurma ittihamı ilə 6 il müddətinə azadlıqdan məhrum edilib.
1781 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
01.12.16, 09:26