Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

NASA ayda turp əkəcək

İnsanlar ayda yaşayıb, işləyə bilərlər? Orda bir necə gün ya onilliklər qalmaq olar? Bu sualların cavabını öyrənmək üçün NASA mütəxəssisləri 2015-ci ildə Aya bitgi toxumları göndərməyi planlaşdırır. Ans-in "RİA Novosti"yə istinadla verdiyi məlumata görə, məqsəd toxumların ay şəraitində böyüyüb-böyüməyəcəyini yoxlamaqdır.

"Moon Express" kosmik aparatı ilə ilk olaraq kosmosa göndəriləcək 1 kq tutumu olan konteynerdə reyhan və turp toxumları aparılacaq. Konteynerin içərisində qidalandırıcı maddələr olan filtirlənmiş kağız olacaq. Aya enəndən sonra konteyner avtomatik olaraq su ehtiyatını açacaq. Oradakı hava 5 gün müddətində yetəcək. Əlavə hava vurulması nəzərdə tutulmur. Mütəxəssislər 5-10 gün ərzində toxumların inkişafını müşahidə edəcəklər.

Kontenerin içərisində həmçinin fotoları çəkib yerə göndərmək üçün fotokamera yerləşdiriləcək.
2203 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
17.08.17, 17:20
Maraqlı meyvələr - Foto
17.08.17, 09:47
Rusiyadan İrana dəstək
16.08.17, 11:14
PKK türk əsgərini vurdu
16.08.17, 08:00
"Qarabağ" qalib gəldi
15.08.17, 08:45