Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Misiri etiraz dalğası bürüdü

Qahirədə Misirin sabiq prezidenti Məhəmməd Mursinin tərəfdarları və polis qüvvələri arasında toqquşmalar baş verib. Şiddətli toqquşmalar, əsasən, Mursi tərəfdarlarının məhkəmənin qərarına qarşı etiraz aksiyası keçirdiyi Qahirənin Əl Mənsuriyə rayonunda baş verib.

Məlumata görə, hadisə yerinə cəlb olunmuş polis qüvvələri gözyaşardıcı qazdan istifadə edərək aksiyanı dağıtmağa çalışdıqda etirazçılardan biri atəş asayiş keşikçilərinə açıb. Nəticədə bir polis zabiti yaralanıb. Etirazçılardan 15 nəfəri saxlanılıb.

Təhrir meydanında istehkamçıların naməlum şəxslər tərəfindən quraşdırılmış 2 partlayıcı qurğunun zərərsizləşdirdiyi bildirir.

Həmçinin Mursi tərəfdarları etiraz əlaməti olaraq Qahirənin ətrafındakı dairəvi yolu bağlayıblar. Etirazçıların Qahirənin Əlf Maskan və Qisr Suis rayonlarında toplaşaraq yolu bağladığı, avtomobil təkərləri yandırdığı bildirilir.

Qeyd edək ki, Qahirə məhkəməsi Məhəmməd Mursini 20 il müddətinə həbs cəzasına məhkum edib.
620 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi
22.05.17, 09:51
NÖVBƏTİ İNTİHAR
22.05.17, 09:47
YENƏ İNTİHAR
21.05.17, 10:49
Ayət