Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Çox su içməyin

Həddən artıq su içməyin ölümə səbəb olduğunu bilirdiniz? İllərdir ki, mütəxəssislər su içməyin insan sağlamlığına faydalarından danışır. Ancaq çox su içməyin ölümə səbəb olacağını heç kim deməyib.

Aparılan araşdırmalar nəticəsində həddən artıq su içməyin bədən şokuna, bunun isə öz növbəsində ölümə səbəb olduğu ortaya çıxıb.

80 faizi sudan ibarət olan bədənimiz 2 gün su içməyəndə halsızlıq, gücsüzlük, ürəkgetmə, təzyiqin aşağı düşməsi ilə bizə həyəcan siqnalı ötürür. Eyni hadisə həddən artıq su içdikdə də baş verir.

Susuzluğun və həddən artıq su içməyin insan bədəninə belə sərt şəkildə təsir etməsinin səbəbi suyun tərkibində olan vitamin və mineralların insan bədənindəki natriumun miqdarına təsir göstərməsidir.

Su qəbul etməyəndə və ya çox qəbul edəndə bədəndəki natrium azalmağa və tükənməyə başlayır. Nəticə etibarilə hər iki halda insan halsızlaşır, mədəsi bulanır, başı gicəllənir, yaddaşını itirir, ağrılar hiss edir. Bir müddət sonra isə bədən iflas edir.
670 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber