Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Bu ölkədə hər gün 2 min qız öldürülür

Doğulan qızları belə yastıqla boğurlar.

Ana bətnində uşağın cinsiyyətinin təyin edilməsinin qadağan edildiyi Hindistanda hər gün 2 min qız uşağı öldürülür.
Doğuşdan öncə körpənin qız oldiğunu öyrənən ailələrin əksəriyyəti onu məhv etməkdən çəkinmir.
Hindistanın Qadın və uşaqların inkişafı naziri Maneka Gandi bu barədə açıqlama verib. Onun sözlərinə görə, bəzi qadınlar doğuşdan sonra körpəni yastıqla boğurlar.
İddiaya görə, son üç ildə abort nəticəsində 12 milyon qız uşağı öldürülüb.
Bu sayədə Hindistanda qadınların sayı sürətlə azalır. Bu ölkədə oğlan uşağı qüruru mənbəyi hesab edilir. Qızlara isə artıq xərc və utanc qaynağı kimi baxılır. Ailə quranda isə qızların ailəsi başlıq pulu, ev əşyaları və sairə xərcləri də qarşılamalıdırlar.
Zorlama hadisələrinin də tez-tez yaşandığı ölkədə valideynlər qızlarını məktəbə belə göndərməyə ehtiyat edir./ans/
633 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 08:21</