Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Kanada universitetinin 2 professoru hicab bagladı

Kanadanın Konqordiya universitetinin tarix fakultəsinin professoru Nura Cefri və Mak Gill unuversitetinin siyasi elmlər üzrə professoru Kartin Luv hicab bağlayaraq dini atributlardan istifadə qadağasına görə dövlət müəssisələrində çalışa bilməyənlərə öz həmrəyliklərini nümayiş etdirib. Qadınların heç biri müsəlman deyil, onlar bununla dövlət müəssisələrində dini atributlara qoyulan qadağaya etiraz ediblər.(ABNA )

Kartin Luv CBC kanalının verdiyi müsahibəsində bildirib ki, o, bir həftə dərsləri hicabla keçib. O, həftədə 3 dəfə 90 dəqiqə olmaqla dini rəmzlər, o cümlədən hicab və sekularizmin yayilması haqda mühazirələr oxuyub.

Professor Nora Cefri isə orta məktəblərdə, universitetlərdə və dövlət müəssisələrində çalışa bilməyən müsəlman qadınlara öz həmrəyliyini bildirmək üçün hələ də dərslərini hicabla keçməkdə davam edir. “Hicab bağlamaq hər kəsin öz seçimidir. Əgər insanlar bizim etirazımıza qoşulsalar, bu məsələdə irəliləyiş əldə etmək olar”,- deyə Cefri bildirib./İslaminsesi.az /
1515 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı