Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Ənsarullah: “Biz dialoq və müzakirələrin tərəfdarıyıq!”

Ənsarullah Hərəkatı Yəməndəki əsl problemin bəzi tərəflərin dialoqa yanaşmamasının olduğunu bildirib.

On4haber-in verdiyi xəbərə görə, Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Buhəyti Yəməndə əsl problemin bəzi tərəflərin dialoqa yanaşmaması və siyasi həll axtarmamasının olduğunu bildirib.

"Biz lap əvvəldən dialoq və razılaşmaya tərəf olduğumuzu bildirmişdik. Həmçinin Yəməndəki münaqişənin siyasi qrupların razılığı və mövcud siyasi boşluğun doldurulması ilə həll olunacağını söyləmişdik. Mansur Hadi əcnəbilərə arxalanması və onları Yəmənə salması ilə bütün legitimliyini itirib. Biz Səudiyyənin hücumlarının dayandırılmalı olduğunu və bu hücumların bizi siyasi mövqeyimizdən kənarlaşdırmayacağını söyləmişik. Biz lap əvvəldən dialoq və diskussiyaya tərəf olduğumuzu demişik. Səudiyyə hücumlarının başlamasından sonra da Ənsarullah Hərəkatı bütün dialoq görüşlərində yer alan yeganə siyasi qrup olaraq qalır”.

Buheyti sözlərinin davamında Yəmən problemlərinin əksəriyyətinin siyasi həll çatışmamazlığında gördüklərini bildirib.
"Yəmənin problemlərinin bir çoxunun səbəbi siyasi həll çatışmazlığıdır. Əgər Yəmənli siyasi qruplar dialoq qurmaqla prezidentini seçsə və keçid hökuməti seçkilərə qədər fəaliyyətini icra etsə, Yəmənin bir çox problemi həll olunar. Qarşımızda, keçilməyən çətin bir yol yoxdur. Çünki, problemlərin çoxunu onsuz da daha əvvəl dialoqla və yəmənli siyasi qrupların danışıqları ilə həll etmişdik".

Məhəmməd əl-Buheyti Əl-Aləm kanalına müsahibəsində Ənsarullahın siyasi şəraiti və prosesləri yaxından izləməyə davam edəcəyini bildirib. Ənsarullah sözçüsü Yəmən xalqının hüquqlarının düşmənlərin fitnələrilə müəyyən edilməsinə yol verməyəcəklərini söyləyib.

Buheyti Səudiyyənin hücumları rəsmən dayandırmasını açıqlamasına baxmayaraq özlərinin əməliyyatın məqsədinin nə olduğunu hələ həll etmədikləri və bunun üçün Ənsarullah olaraq ölkədəki siyasi prosesləri, həmçinin düşmənlərin Yəmən xalqı əleyhinə yönəlmiş hər cür təşəbbüslərini yaxından təqib etdiklərini söyləyib.

Ənsarullah sözçüsü müsahibəsində Yəmənə hücum məsələsində Səudiyyə rəsmiləri arasında münaqişələrin mövcudluğuna da toxunub.
O, Səudiyyənin Yəməndə məqsədlərinə çatmadığını, dünya cəmiyyətinin təzyiqi və Yəmən xalqının hücumlara qarşı etirazları, həmçinin Ənsarullah rəhbərinin Səudiyyənin süqutunun sürətlənməsinə dair xəbərdarlığının Ərəb koalisiyasının Yəmənə hücumlarının dayanmasının əsas səbəbi olduğunu deyib.

Bu arada Yəmən İnqilabi Xalq Komitələri bəyanat yayaraq Səudiyyənin Yəmənə qarşı təcavüzü ərzində Yəmən xalqının və partizanlarının göstərdiyi səy və güclü iradənin təqdirə layiq olduğunu bildirib. Bəyanatda İnqilabi Xalq Komitəsinin ən qısa zamanda Yəmən xalqına humanitar yardım və xilas etmə kimi işlərə başlayacağı vurğulanıb./deyerler/
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber