Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Məşhəd şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olundu

İranın mədəniyyət və İslami irşad naziri 2017-ci ili İranın müqəddəs Məşhəd şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı elan edilməsinin İran İslam Respublikası üçün dəyərli bir fürsəti ortaya qoyduğunu bildirib.
Dünən İslam Dünyasının Mədəniyyət Paytaxtı Siyasət Şurasının üzvlərinin iclasında çıxış edən İranın mədəniyyət və İslami irşad naziri Əli Cənnəti, ölkəsinin bu fürsətdən istifadə edəcəyini və öz mədəniyyəti və adət-ənənələrini bütün dünyaya tanıdacağını qeyd edib.
İsfahan şəhərinin də 2006-cı ildə İslam dünyasının mədəniyyət paytaxtı seçildiyini xatırladan Cənnəti, indiyə qədər İslam dünyasının mədəniyyət paytaxtına ev sahibliyi edən ölkə və şəhərlərin bu barədəki təcrübələrindən istifadə ediləcəyini söyləyib.
Əhli-Beyt (ə) imamlarının səkkizinci imamı Həzrəti Əliyyən Rzanın (ə) mübarək türbəsinin olduğu və İslam dünyasının böyük diqqətini özünə cəlb edən müqəddəs Məşhəd şəhəri hər il yerli və xarici olmaqla 30 milyondan artıq insanı qonaq olaraq qarşılayır./deyerler/
669 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber