Şrift ölçüsü:
A+
A
A-
Kr
28 Noyabr 2013

Xəzər tv-nin “25 kadr” taktikası

Ölkəmiz müstəqillik əldə etdikdən sonra bir sıra qeyri-ənənəvi dini cərəyanlar Azərbaycana ayaq açmağa başladı. Onlardan ən təhlükəlisi isə məhz sələfilik - vəhabilikdir. Çünki adıçəkilən radikal dini qruplaşma müxtəlif yollarla, əsasən də bir sıra şirnikləndirici vədlərlə ətrafına cəlb etdiyi gənclərdən hər an terrorçu kimi istifadə edə, ölkədə çaxnaşma yarada bilər. Heç kim zəmanət verə bilməz ki, uzun illər Səudiyyə Ərəbistanından və Küveytdən maliyyələşən vəhabilərə nə vaxtsa «cihad»a başlamaqla bağlı fətva verilməyəcək. Məhz bu faktın özü sələfilərin nə qədər təhlükəli olmalarından xəbər verir. Bəs görəsən islamın qeyri-ənənəvi firqəsi hesab olunan vəhabilərin Azərbaycanda sürətlə artması və şiə təriqətinə qarşı terror aktları həyata keçirmək istəyi nədən qaynaqlanır? Mövzu ilə bağlı İslaminsesi.az-a Birlik Təşkilatının sədri, şərqşünas Vüsal Hətəmov maraqlı açıqlama verib.


Qeyri-ənənəvi təriqətlərin Azərbaycanda son zamanlar ənənəvi məzhəb daşıyıcılarına qarşı dözümsüz olmaları təbii bir əlamətdir və bu gec-tez gözlənilirdi də. Kənardan idarə edilən qeyri-ənənəvi məzhəblər bir vasitədir. İstənilən vaxt ölkəmizdə çaxnaşma salmaq üçün təşkil olunublar. Mən nəyə əsasən deyirəm ki, bunlar bilmədən kənardan idarə olunur? Buna görə ki, neçə illərdir susurlar və birdən birə yumşaq, maarifçi və eyni zamanda mübariz ruhiyyəli ənənəvi şiələrə qarşı sərt fətva irəli sürürlər. Bu onu göstərir ki, bu spontan yox, təlimatladır. Ümumiyyətlə, son baş verən hadisələr - Hacı Şahin Həsənliyə qarşı terror hadisəsinin təşkil olması, Elşad Miri adlı psevdo din ekspertinin səhifəsində və özünün psixoloji stimulvericiliyi ilə DEVAMM sədri Hacı İlqar İbrahimoğlunun təhdid olunması artıq müvafiq dövlət strukturları qarşısında həyəcan siqnalı çalır.
Hesab edirəm ki, burada təkcə sələfi-vəhhabilikdən söhbət açmaq azdır. Digər qarışıqlıq salan qeyri-ənənəvi məzhəblər də vurğulanmalıdır. Mən buradan bir vətəndaş kimi Xəzər tv rəhbərliyinə narazılığımı bildirirəm ki, qarışıqlıq salmaqlarına son qoysunlar. Ölkənin dini-mənəvi dəyərlərinə nankorluq etməsinlər. Tarix boyu Azərbaycan müsəlmanlarının ağır ayinlərindən olan Məhərrəmlik mərasiminə ölkənin qeyri müsəlmanları, yəhudilər, xristianlar, hətta ateistlər də hörmətlə yanaşmış, kütləvi şadlıq tədbirləri keçirməmişlər. Amma bununla neçənci ildir ki, Məhərrəm ayında Xəzər TV gicbəsər, səviyyəsiz, Azərbaycan gənclərinin işsiz, savadsız təbəqəsini müğənniliyə yönəltmək üçün psixoloji stimulverici verilişi olan "Ay Zaur" kimi verilişlərində və ya dəyərsiz, düşük, heç bir elementar ədəbi səviyyənin qorunmadığı teleseriallarında toy-düyün təbliğ edirlər. Bu kanal sübut edir ki, onlar qeyri-ənənəvi cərəyan olan nurçuluğun ölkədə ənənəvi təriqət-məzhəb arasında üstünlüyünü yaratmaq istəyirlər. Türkiyə ərazisində yaşayan nurçular burada ənənəvi təriqətlər olan şiəliyi və ya sünniliyin bir sıra mütəsəvvif qollarını təbliğ etsələr, biz onların qardaşlığına inanarıq. Təsəvvür edin ki, kimsə kənardan gəlib kiminsə ailəsində yeni qayda-qanun yaratmaq istəyir. Xəzər tv-dən elementar qızışdırıcı faktı qeyd edəcəm: Azərbaycanda tv kanallar həmişə namaz mərasimini göstərəndə namaz ayininin ya rüku vəziyyətini göstərirlər, ya da ki, səcdə . Çünki bu iki vəziyyət- namazın bu halları bütün məzhəblərdə eynidir. Amma Xəzər tv həmişə fərqli olan halları, qiyam halını göstərməklə, xalq arasında qarışıqlıq salmaq istəyir, bildirmək istəyirlər ki, namaz əliaçıq yox, əlibağlı qılınmalıdır. Buna nə ad vermək olar? Niyə məzhəblər arasında namazın əliaçıq, yoxsa əlibağlı qılınması problemə çevrilmədiyi bir zamanda sözügedən tv kanalı bir neçə saniyədən ibarət qısa epizodla, “25 kadr” taktikasından istifadə etməklə ancaq və ancaq bu fərqliliyi göstərir?

Onu da deyək ki, bizim xalqımız hər bir məzhəbə, təriqətə dözümlü olub. Amma kənardan qeyri-ənənəvi məzhəb-təriqətlərin gəlib bizim məmləkətdə öz yollarını qeyri-qanuni şəkildə və yaxın gələcək üçün hesablanmış pis niyyətlə təbliğ etmələri yolverilməzdir. İndi də olmasa, nə vaxtsa onlar tərəfindən milli, dini, dövlətçilik prinsiplərimizə zidd olacaq addımlar atılacaq. Məzhəblərarası ziddiyyətlərə şərait yaranacaq.

Xalqımızın kənar, yad ideologiyalara ehtiyac duymamasına da toxunmaq istəyirəm. Ümumiyyətlə, Azərbaycanda İslam 1400 ildir mövcuddur. İslamdan qabaq da bu ərazidə bütpərəstlik və ya dinsizlik olmayıb. Bu ərazidə insanlar həmişə monoteizm - təkallahlılıq dininə üz tutub. Zərdüştlüyün özü də tədqiqatçılar qeyd edir ki, təkallahlı din olub. Bəzən səhv olaraq deyirlər ki, bəs zərdüştlükdə dualizm - ikiallahlılıq var. Amma ikiallahlılıqla, iki qüvvənin var olmasına inam başqa-başqa şeylərdir. Zərdüştlükdə iki qüvvənin olmasını hesab edirlər: Xeyir və Şər. Bu bütün dinlərdə belədir, iki qüvvə var Xeyir və Şər qüvvəsi. Bu onu göstərir ki, Azərbaycanda kənardan dini təriqətlərin ixracına ehtiyac yoxdur, maarifçilik əvəzinə radikallıq, ehkamçılıq; qardaşlıq, tolerantlıq əvəzinə hədə-qorxu istehsal edir bu təriqət-məzhəblər. Necə olur ki, qeyri-ənənəvi olan nurçulara, sələfi-vəhhabilərə bu ölkə tolerantlıq adı ilə yer verir və ənənəvi məzhəb-təriqətlərə tövsiyə olunur ki, bunlara qarşı tolerant olun, amma ki bunun qarşılığını biz görmürük?! Niyə bəs qeyri-ənənəvi məzhəb-təriqətlər dözümsüzlük göstərirlər? Necə olur ki, mən bir vətəndaş kimi onlara qardaş deyirəm, amma onlar bizə müşrik, qanıhalal kimi baxırlar?!
2338 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:50