Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Pənah Hüseyn deputatlığa namizədliyini verəcəyini açıqlayıb

““Azadlıq-2015” seçki blokuna daxil olan səkkiz partiya sədrinin əksəriyyəti parlament seçkilərində iştirak qərarı verib”.

Bunu Azərbaycan Xalq Partiyasının (AXP) sədri Pənah Hüseyn deyib.

O, hazırda blokun seçki qərargahının Sədrlər Şurası ilə birlikdə ayrı-ayrı partiyaların dairələr üzrə təqdim etdiyi namizədləri müəyyənləşdirdiyini bildirib: “Dairələrdə bu namizədlərin şanslarının olub-olmaması aydınlaşdırılır. Əgər bir dairədən bir neçə namizəd varsa, onda hansının daha çox şanslı olması müəyyən edilir”.

AXP sədri deputatlığa namizədliyini irəli sürəcəyini də açıqlayıb: “Hansı dairədən namizədliyimi irəli sürəcəyim barədə qərarı yaxın günlərdə açıqlayacağam”./apa/
681 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...