Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

Xərçəngli hüceyrəni intihara sürüyən ədviyyat

Kəklikotu yalnız aroma və ləzzət qatan bir ədviyyat deyil, xərçəng hüceyrələrini intihara sürüyür, mikroblar və hüceyrə yaşlanmasına qarşı da bədəni qoruyur

Evimizdə bir qayda olaraq bişirilən bütün quzu yeməklərinə kəklikotu qoyulur. Quzunun, qızartma balıqların, pomidorlu zeytun və pendir salatalarının, salat soslarının olmazsa olmazlarındandır hər zaman.
Körpələrin qarını ağrıdığında da qaynadılıb içirdilir, ağrıyan yerə yağı sürülürdü. Öskürək başladığında da dərhal çayı hazırlanardı. Təzəsi çıxmağa başladığında da dərhal alınıb və qurudulurdu.

Kəklikotu yalnız ətin ya da tərəvəzlərin üzərinə səpilən bir ədviyyat olmaqdan əlavə, şəfalı bir bitkidir. Ehtiva etdiyi uçucu yağlar və "timol", "rosmarinik turşu"," karvakrol","ursalik turşu" kimi maddələr sayəsində qüvvətli mikrob öldürücü və antioksidan təsiri vardır. Sərbəst oksigen radikallarının səbəb olduğu zərərlərin qarşısını alır, xəstəliklərə qarşı müqaviməti artırır. Və yaşlanmağı gecikdirir.
Yenə 10 il qədər əvvəl aparılan elmi araşdırmaların nəticələrinə görə, kəklikotunun ehtiva etdiyi maddələrdən karvakrol, şişlərin inkişafını yavaşladır. Xərçəng hüceyrələrini intihara sürüyür və xərçəngin inkişafını dayandırır.

Kəklikotunun fərqli bölgələrdə iqlim qurşaqlarında yetişən 300-dən çox növü olduğu təxmin edilir.
Kəklikotu, bədəndə yağlanmanın qarşısını alan bitkilər üzərinə edilən bir araşdırmanın nəticələrinə görə bədəndə yağlanmanı dəfnə yarpağı, zəncəfil, zeytun yarpağı kimi 20% nisbətində azaldır.
Kəklikotunun faydalarını yekunlaşdıracaq olsaq:

• Xərçəngə qarşı mübarizə aparır.
• Mikrop öldürücüdür, üst tənəffüs infeksiyalarında rahatlaşdırıcıdır.
• Antioksidandır, hüceyrə zədələnməsinin qarşısını alır.
753 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi