Şrift ölçüsü:
A+
A
A-
Kr
22 Aprel 2015

ATƏT: Artıq ağır döyüşlər başlayıb

ATƏT müşahidəçiləri Ukrayna Silahlı Qüvvələrinin Donetsk ərazisindəki təmas xəttində etirazçı döyüşçülər tərəfindən vəziyyətin daha da kəskinləşdirildiyini bildiriblər.

ATƏT-in Xüsusi Monitorinq Qrupunun ötən gün dərc olunmuş son məruzəsində deyilir ki, intensiv döyüşlər Donetsk aeroportu və Mariupolun Şirokino məntəqəsinə yaxın ərazidə gedib.

Məruzədə göstərilir ki, aprelin 20-dən başlayaraq Şirokino ərazisinə doğru tanklardan, minaatanlardan, pulemyotlardan və digər atıcı silahlardan istifadə olunmaqla tammiqyaslı döyüş başlayıb. Müvəqqəti sakitlikdən sonra, axşama doğru Donetsk aeroportu ərazisi ağır silahlardan atəşə məruz qalıb.
660 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49