Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Bakıda dəhşətli qəza: məktəbli oğlan öldü

Avtomobil 9 yaşlı uşağı vuraraq 15-20 metr irəli atıb

Bakıda ağır yol nəqliyyat hadisəsi baş verib. Suraxanı rayonu ərazisində, Hövsan-Türkan yolunda (ABU Petrolun qarşısı) 1988-ci il təvəllüdlü Fərhadov Nurlan Xeyrulla oğlu idarə etdiyi "Toyota" markalı avtomobillə 8-12 yaşlı oğlanı vurub. Sürətlə hərəkət edən avtomobil piyadanı 15-20 metri irəli atıb. Həmin şəxs hadisə yerindəcə keçinib.

İlkin araşdırmalardan sonra avtomobilin vurub öldürdüyü uşağın 2006-cı il təvəllüdlü Ağayev Elman Süleyman oğlu olduğu müəyyən edilib. O, orta məktəb şagirdi imiş./lentaz/
934 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber