Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Şimal bölgəsinə 25 sm qar yağdı

Quba rayonunun dağlıq ərazilərinə 25 sm-dək qar düşüb.

Ən çox yağıntı Quba rayonunun Qırız kəndi ərazisində qeydə alınıb. Burada qarın qalınlığı 25 sm-ə çatıb.

Quba Regional Hidrometeorologiya Müəssisəsindən verilən məlumata görə, qarın hündürlüyü Xınalıqda 20 sm, Bostankeçdə 18 sm, Qusar rayonunun Ləzə stansiyasında 12 sm, Kuzunda 7 sm, Susayda isə 6 sm-dir.

Havanın temperaturu bəzi yerlərdə mənfi 7 dərəcəyədək düşüb.

Qeyri sabit hava şəraitinin aprel ayının 25-dək davam edəcəyi gözlənilir./apa/
886 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
20.08.17, 08:36
Ən böyük loğman - ARI
Go to TOP