Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Məhbuslar Avropa Oyunlarını boykot etməyə hazırlaşır

Yarışa 10 gün qalmış dustaqlar aclıq aksiyası keçirəcəklər
Həbsxanalarda eyni vaxtda aclıq aksiyası keçiriləcək


Ölkədə sosial-iqtisadi vəziyyətin getdikcə daha da pisləşəcəyi heç kimə sirr deyil. Neftin qiymətdən düşməsi, taleyi neftə tapşırılmış bir ölkə üçün ağır xəbər oldu. Elə ilk mərhələdə milli valyuta qiymətdən düşdü, bazarlarda qiymət artımı müşahidə olundu, ixtisarlara start verildi və bir gecədə vətəndaşlara 1.7 milyard zərər dəydi.
Belə bir vaxtda Azərbaycan hakimiyyəti həvəslə Avropa Oyunlarına hazırlaşır və ölkəyə gələn bütün heyətin xərcini öz üzərinə götürür. Üstəlik, avropalı qonaqların könlünü xoş etmək bütün çatışmazlıqları aradan qaldırmağa başlayıblar. Təbii ki, hakimiyyətin bu addımı ölkə vətəndaşlarını hiddətləndirir və insanlar bu israfçılığı nifrət hissi ilə qarşılayırlar. Insanları daha çox hiddətləndirən isə hakimiyyətin Avropa Oyunları keçirdiyi halda, Avropa dəyərlərinə zidd siyasət yürütməsidir. Yəni insan haqları, demokratiya, şəffaf seçki məsələsində Avropadan qaçanlar, musiqi yarışmasından, idman oyunlarından söhbət düşəndə Avropaya sığınırlar.
Redaksiyamıza daxil olan məlumatda deyilir ki, məhbuslar da Avropa Oyunlarını boykot etmək məsələsində razılığa gəliblər. Belə ki, 13-cü kolon və digər cəzaçəkmə müəssisələrində istintaqı başa çatmış, hökmü verilmiş məhbuslar Avropa Oyunlarına 10 gün qalmış aclıq aksiyası keçirəcəklər.
Məlumatda bildirilir ki, bu aksiya əvvəlkilərdən fərqlənəcək və bütün dünyaya səs salacaq. Məhbusların konkret olaraq nə planlaşdırdıqları deyilmir. Amma orijinal bir boykot aksiyası keçirəcəkləri deyilir.
Məhbuslar hesab edirlər ki, insanların şərlənərək həbs olunduğu, müstəqil məhkəmənin olmadığı, həbsxanalarda bütün problemlərin pulla həll edildiyi bir reallıqda Avropa Oyunları keçirmək absurddur. Onlar bu aksiya ilə tələb edəcəklər ki, hakimiyyət öz vətəndaşına da hörmətlə yanaşsın və ölkənin sərvətlərini talan etməsin.
Məlumat verən mənbə bildirir ki, müxtəlif həbsxanalarda olan məhbuslar öz aralarında razılıq əldə ediblər və eyni vaxtda aclıq aksiyasına başlayaraq prosesi davam etdirəcəklər./azadlıq/
757 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08.12.16, 09:49