Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Göygöldə 36 tonluq yanacaq maşını yandı

Göygöl şəhərində “Mercedes” markalı avtosisterndə yanğın baş verib

FHN-nin saytının verdiyi məlumata görə, "Mercedes" markalı həcmi 36 ton olan dizel daşayan avtosisternin mühərriki yanıb.

Kabinə və avtosisternin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hadisə nəticəsində xəsarət alan olmayıb. Faktla bağlı araşdırma başladılıb.
645 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
08