Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Rusiyada azərbaycanlıların vəziyyəti ağırlaşır

ABŞ-la münasibətləri kəskin pisləşən və bu səbəbdən də sanksiyalara məruz qalan Rusiya iqtisadiyyatını, xüsusən də rublu qorumaq üçün bütün imkanlarını səfərbərliyə alıb. Ukrayna hadisələrinə görə təqsirləndirilən Moskva ilk mərhələdə sanksiyalar qarşısında duruş gətirsə də, zaman içində ciddi problemlərlə üzləşməli oldu. Qısa müddətdə rubl dəyərdən düşməyə başladı və ölkənin iqtisadiyyatı «çat» verməyə başladı.

Son bir həftə ərzində rublu dollara nisbətdə dəyərə mindirməyə nail olan Rusiya hökuməti artıq bunu da edə bilmir. İki gün ərzində rublun məzənnəsinin aşağı düşməsi müşahidə olunur. Rusiyanın baş naziri Dmitri Medvedyev isə bəyan edib ki, rus xalqı bundan sonra sabit həyat tərzi arzusundan əl çəkməlidir. Onun sözlərinə görə, iqtisadiyyatda geriləmələr davam edəcək və hələlik bunun qarşısını almaq mümkün deyil.

Qeyd edək ki, Kreml hökuməti zaman içində orada yaşayan azərbaycanlılara da ciddi problemlər yaratması ilə yadda qalıb. Hələ bir müddət əvvəl Moskva və digər şəhərlərdəki azərbaycanlılara məxsus tikcarət obyektlərinin bağlanılması, bazarların işinə müdaxilələrin edilməsi prosesin başlanğıcı kimi diqqəti çəkir. Dünəndən etibarən isə Rusiya Dövlət Dumasına daha bir qanun layihəsi daxil olub və yeni qanun qəbul edilərsə, Azərbaycanda yaşayanların əksəriyyəti üçün ciddi problem yaranacaq.

Rusiyada yaşayan miqrantlar yeni qanuna əsasən öz ölkələrinə hər ay 200-500 dollardan artıq pul göndərə bilməyəcək. Halbuki əvvəlki qanunlara əsasən bu rəqəm 1500-2000 dollar civarında idi. Moskvanın belə bir addım atmasının səbəbi kimi isə ölkə daxilində dollar qıtlığının olması və həmin valyutanın kənara çıxmasını önləmək göstərilir.

Bildirək ki, belə bir addımın atılmasının Rusiyada işləyən azərbaycanlıların ailələrinə ciddi təsiri olacaq. Belə ki, hər ay yaxınlarından 1500-2000 dollar pul alaraq, həyatlarını quran insanlar bundan sonra 200-500 dollarla kifayətlənməli olacaqlar. Həmçinin yeni qanuna əsasən Rusiya vətəndaşı olan rus əsilli şəxslərin də başqalarının yerinə pul göndərmələri təsdiq olunarsa, onlara külli miqdarda cərimə tətbiq olunacaq./jam/
797 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı