Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Qoçudursa niyə müəllim işləyir, müəllimdirsə niyə qoçuluq edir

Salyan rayonu Zahid Hüseynov adına Quiçi kənd orta məktəbinin fiziki tərbiyə müəllimi Asim Nuruyev məktəbdə rəsmən qoçuluq edir.

Onun məktəblilərə qarşı dəfələrlə sərgilədiyi aqressiv hərəkət tez-tez valideynlərin ciddi narazılığına səbəb olur. Müəllim adına yaraşmayan hərəkətlərinə görə hətta onu döyənlər də olub.

Məktəbin direktoru Mehdi Həsənov əməkdaşımızla söhbət zamanı baş verənlərdən xəbərdar olduğunu, lakin havadarlarına görə adı çəkilən müəllimə hər hansı cəza növü tətbiq edə bilmədiyini etiraf edib.

Oxşar hadisələrdən biri də aprelin 20-də baş verib.

Belə ki, fiziki tərbiyə dərsi vaxtı futbol meydançasında 9-cu sinif şagirdi Babayev İbrahim İslam oğlu ilə aralarında yaranan mübahisə zamanı o, tabeliyində olan məktəblini nalayiq sözlərlə təhqir edərək sonda fiziki güc tətbiq edib.

Məktəbdən evə əsəbi dönən şagird, müəllimin ona qarşı aqressiv hərkətini qəbul etmədiyindən intihara cəhd edib. Bundan xəbər tutan yaxınları onu bu hadisədən müvəqqəti də olsa yayındıra bilib.

Hadisədən 2 gün sonra məktəb direktorunun mövqeyini öyrənmək istdikdə, o, son olaydan xəbərsiz olduğunu dedi. Mehdi müəllim əlavə etdi ki, İbarhim Babayev tərbiyəli uşaqdır, müəllimin isə başında çatışmamazlıq var. “Həmin müəllimin belə hərkətlərinə qarşı hansı tədbir görməyi düşünürsüz?” sualana cavabda direktor bildirib ki, fiziki tərbiyə müəlliminə hər hansı cəza növü tətbiq etmək onun imkanı xaricindədir.

Həqiqətən də acınacaqlı durumdur. Bir adam öz hərəkət və davranışına nəzarət edə bilməsin, üstəlik rəhbərliyin ona “gözün üstə qaşın var” deməyə cürəti çatmasın, amma uşaq və yeniyetmələrin təlim-tərbiyə vəzifəsi ona həvalə edilsin.

Sanki cavabdeh qurumlar, şəxslər gözləyirlər ki, şagirdlərdən kimsə bu adamın əlində ölsün, ya intihar etsin, ya da valideynlərdən biri əsəblərini cilovlaya bilməyib müəllimə “dərs versin”, bundan sonra hərəkətə keçələr.../infom/
697 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 10:58