Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Donbasda amerikalı muzdlular yerləşdirilib

Donetsk vilayətinin Volnovoxa şəhəri yaxınlığında Amerika muzdluları yerləşdirilib.

Bu barədə “DXR” özünümüdafiə qərargahının rəsmisi Eduard Basurin deyib. Onun sözlərinə görə, əvvəllər “Blackwater" adı ilə məşhur olan "Academi LLC" özəl mühafizə şirkəti Volnovaxa yaxınlığında 70 muzdlu yerləşdirib.

Qeyd edək ki, Donbas hövzəsindəki əməliyatlara amerikalı muzdluların cəlb edildiyi barədə iddialar hələ ötən ilin mart ayında irəli sürülüb. İddiaya görə, həmin dövrdə prezident səlahiyyətlərini icra edən Aleksandr Turçinov bu barədə sərəncam verib. Söhbət “Greystone Limited” adlı özəl hərbi mühafizə şirkətindən gedirdi. Bu şirkət Barbados adalarında qeydiyyatdan keçib, onun ofisləri düyanın müxtəlif ölkələrinə səpələnib. Şirkətin əməkdaşları yerüstü xidmətə və aviasiyaya malikdir.

“Greystone Limited” şirkətinin qalmaqallı Amerika özəl mühafizə şirkəti olan “Xe Services”in törəməsi olduğu məlumdur. Bu şirkət İraqın Əbu-Qureyb həbsxanasına nəzarət edirdi və onun əməkdaşlarının məhbuslara işgəncə verdiyinə dair görüntülər ortaya çıxmışdı.
784 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
06.12.16, 11:00
Mosulda uğurlu əməliyyat
06.12.16, 09:10
40 dərdin dərmanı
05.12.16, 18:39