Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Hər dərdin dərmanı qırmızı möcüzə

Zoğal ən dadlı şəfa mənbəyidir, desək yanılmarıq.

Zoğalı sevməyən insan yoxdur. Bu meyvə bol miqdarda lif ehtiva edir. Ona görə də həzmi asanlaşdırır. Toxluq hissi verdiyi üçün arıqlamaq və ideal kiloda qalmaq istəyənlər üçün uyğundur. Üstəlik az kalori ehtiva etməsinə rəğmən bədənin müqavimətini artırır. Bir çox xəstəliklərə qarşı qalxan rolunu oynayır. Zoğal həm də zəngin melatonin qaynağıdır. Daha doğrusu gecələr beyində istehsal edilən melatonin hormonun səviyyəsinin yüksəlməsini təmin edən bir meyvədir.

Xoşbəxt və dinc hiss etmək üçün yuxu çox önəmlidir. Yuxu beyni dincəldir, gücləndirir, hüceyrələrin yenilənməsini təmin edir, immunitet sistemini gücləndirir və ümumilikdə həyat keyfiyyətini yüksəldir. Yuxu problemlərindən əziyyət çəkənlər zoğal yeyərək bu dərddən canlarını qurtara bilərlər.
Zoğal qanı laxtalandırır. Ona görə də çox yemək olmaz. Gündə bir ovuc kifayətdir. Zoğal kompotu içmək də faydalıdır.

Zoğal şəkər xəstələri üçün faydalı olan tək-tük meyvələrdən biridir. Zoğal hərarəti azaldır, güclü ishal kəsici hesab edilir.
Bu meyvə vitamin və minerallar baxımından olduqca zəngindir. A, C vitaminləri, karoten, tiamin, riboflavin, niasin, kalsium, maqnezium, fosfor, mis, kükürd, dəmir və yod ehtiva edir. Faydasını saymaqla bitirmək mümkün deyil. Güclü antioksidant xüsusiyyəti var. Buna görə də qrip başda olmaqla infeksiya tipli xəstəliklərin qarşısını alır.

Klimaks dövründəki qadınlara məsləhət görülür. Çünki klimaksın səbəb olduğu bir çox simptomları aradan qaldırır. Zoğal gözlərə də faydalıdır. Gözlərin daha kəskin görməsini təmin edir. Siz də bu qırmızı rəngli möcüzədən yeyrək sağlamlığınızın qayğısına qalın.
792 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
29.11.16, 12:22
Dollar 1,79-u keçdi
29.11.16, 09:25
Qış yuxusu
29.11.16, 09:10
PKK qaz borusunu partlatdı
28.11.16, 11:08
Avropa və qadın
Go to TOP