Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Hakimiyyətin dəyirmanına su tökmək

Bir çox hadisələr var ki, onları tarix kitabından oxuyub analiz etmək mümkün olmur.Təhrif olunmamış tarix olsa belə. Zaman sübut etmişdir ki, tarix mövcud rejimlərin istəyinə görə dəyişir. Daha doğrusu, dəyişdirilir. Allaha şükürlər olsun ki, satılmayan və rejimlərə qulluq etməyən tarixçilərimiz hələ də var. Sözümün canı ondadır ki, tarixi analiz etmək üçün, onu yaşamaqdan böyük kitab ola bilməz. Ancaq təəssüflər olsun ki, bu xoşbəxtlik yeni nəsillərə nəsib olmur. Misal üçün, mən haqqında çox eşitdiyim və bu günə qədər unudulmayan sovet hökuməti barədə məlumat almaq üçün, yalnız tarixə müraciət etməliyəm. O dövrü yaşamaq mənə nəsib olmayıb. Ağlım kəsəndən bu yana, hazırkı rejim əsarətində yaşamışam və şahidi olduğum hadisələri sovet hakimiyyəti dövrü ilə müqayisə etdikdə, məni məyusluq hissi boğur. Ola bilsin ki, indi yazacaqlarımı ,məndən öncə düşünüb yazanlar tapılıb. Qeyri-mümkün olan bir hadisə deyil. Görmə,eşitmə və duyma qabiliyyətindən məhrum olmayan hər kəs düşünüb analiz edə bilər ki, 1937-ci illəri çıxmaq şərtilə, 71 il ərzində sovet hakimiyyətinin Azərbaycan xalqına vura bilmədiyi zərbəni,edə bilmədiyi zülmü və yaşada bilmədiyi acını, mövcud rejim bizə daddırdı. "Sağ olsun". Sizlər məni qınamayın ki, mən öz taleyimizi 37-ci illərdən fərqləndirdim. Əvvala, buna başlıca səbəb odur ki, o zaman açıq-aşkar repressiya edilir və Hüseyn Cavid kimi şəxsiyyətlərin cibinə narkotika atıb şərləmirdilər. Həm də ki, bizlər Hüseyn Cavidlərdən artıq deyilik. İndi-indi anlamağa başlayıram ki, hakimiyyətin bu qədər absurd addımlar atmasının və maskasının cırılmağından qorxmamasının səbəbi nədir. Qarşılarına böyük bir məqsəd qoyublar ki, xalq dil açıb desin ki, “biz sovet hakimiyyəti dövrünə qayıtmaq istəyirik. O dövrdə bundan yaxşı yaşayırdıq". Hətta mən deyərdim ki, qismən də olsa, bəzi hallarda bu məqsədlərinə çatırlar. Bir dəfə marşurutda gedərkən, yuxarıda qeyd etdiyim cümləni, bir qocanın dilindən eşitmişdim. Qoca kişi sovet hakimiyyəti pərəstişkarı deyildi və imperiya siyasətlərinə son dərəcə nifrət etdiyini deyirdi. Amma yazıq qoca o qədər zülm görmüşdü ki, istəmədiyi və nifrət etdiyi bu cümləni işlətmişdi... Doğrudur, hal-hazırda da Rus əsarəti altında yaşayırıq. Sadəcə olaraq, bunu biz bilirik, özgəsi bilmir. Necə deyərlər, "içimiz özümüzü yandırır,çölümüz özgəni". Bütün bunlara baxmayaraq, mən öz adımdan və mübariz insanlar adından hakimiyyətə çatdırmaq istəyirəm ki, biz şərəfsiz deyilik və tüpürdüyümüzü əsla yalamarıq. Ona görə yox ki, bir uşaq qüruru edirik. Ona görə ki, biz tüpürüb o hakimiyyətdən qurtulanda, yüzlərlə şəhid vermişik. İlhamla Fərizənin adı bu gün də səslənən də, göz yaşlarımı saxlaya bilmirəm. Nə o axan qanlar, nə də bu göz yaşları qoymaz ki, siniz dəyirmanınıza su töküb, "mən sovet hakimiyyəti altında yaşamaq istəyirəm " deyək. Bu sevdadan əl çəkin!

Orxan Valehli /azadlıq
728 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
07.12.16, 10:54
Hətta bir yuxusuz gecə...
07.12.16, 09:21