Şrift ölçüsü:
A+
A
A-
Kr
23 Aprel 2015

Vəhabi Şahzadə Yəməni bombalayan pilotlara "Bentley" bağışlayacaq

Səudiyyə Ərəbistanı şahzadəsi Yəmənin bombalanmasında iştirak edən pilotlara sürpriz edəcəyini açıqlayıb. Lent.az-ın “sözcü.com.tr”-yə istinadən məlumatına görə, dünyanın ən varlı şəxslərindən hesab edilən Əl-Vəlid Bin Talal Yəmənə hava hücumlarında iştirak edən pilotlara dəyəri təqribən 1 milyon 200 min dollarlıq “Bentley” markalı avtomobil hədiyyə edəcəyini açıqlayıb.

Kral Abdullahın yaxın qohumu olan Əl-Vəlid Bin Talal keçən il milli komandanın 25 üzvünə “Bentley” markalı avtomobil hədiyyə etmişdi. Şəhzadənin ümumilikdə 23 milyard dollarlıq sərvəti olduğu açıqlanıb.

Qeyd edək ki, vəhabi Səudiyə Ərəbistanın Yəməndə apardığı əməliyyatlarda 1000-dən çox dinc insan öldürülüb, 4000 yaxın şəxs isə yaralanıb.
874 dəfə baxılıb
Loading ...
Nur-Az Xeber
25.05.17, 14:49
KARİKATURA
24.05.17, 10:09
Çaya HİL əlavə edin
24.05.17, 09:52
KARİKATURA
24.05.17, 09:48
YENƏ İNTİHAR
23.05.17, 15:58
Astara sakini intihar edib
23.05.17, 08:48
Hakimiyyətin borc cehizi